• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 13.01.2021 19:11

"Gələn ilin yayında virus bizi narahat etməyəcək"

KepezTV Player

İnsanların bir qismi xəstələnib, bir qismi isə vaksin vasitəsilə immunitet qazanacaq.Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.Onun sözlərinə görə, əgər bir insan populyasiyasında insanların təqribən üçdə ikisi bu xəstəliyə qarşı immunitet qazansa, artıq virus bizim aramızdan gedəcək və bizi narahat etməyəcək. Hesablamara görə, bu vaxt da təqribən gələn ilin yayında olacaq. Deməli, o zamana qədər bu virus bizi narahat edə bilər, amma demirik ki, pandemiya bitəcək. Sonra xəstələnmələr olacaq, lakin bizi daha bu qədər narahat etməyəcək deyə professor bildirib.