Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.01.2021 19:03
Onlar növbədənkənar reabilitasiya vasitələri ilə təmin ediləcək
KepezTV Player
Vətən müharibəsi zamanı xəsarət alan hərbi qulluqçuların əyani müayinə keçirməklə əlilliyi qiymətləndiriləcək. Bu, baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarda əksini tapıb. Məsələ hərbi əməliyyatlar zamanı xəsarət alanların tibbi-sosial ekspertizası ilə bağlı işlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həllinin təmin edilməsi məqsədilə yaradılan komissiyaya tapşırılıb. Komissiyaya həmçinin, əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsi də tapşırılıb.
- Baxış: 199
