• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 13.01.2021 19:29

Türkiyə məktəblilərinin məktubları Azərbaycan əsgərinə təqdim edilib

KepezTV Player

Türkiyə məktəblilərinin məktubları Azərbaycan əsgərinə təqdim edilib. Qaradəniz bölgəsinin Samsun ilinin Canik Koçatepe ilkokulu müəllim və şagirdlərinin əsgərlərə göndərdikləri hədiyyə və məktublar igidlərin böyük sevincinə səbəb olub. "Siz qəhrəmanlıqlar və qərarlılıq ilə irəlilədiyiniz bu yolda yürüyərkən, ürəyi Vətən eşqi ilə dolu Azərbaycan Ordusu əsgərlərinə dəstək olmaq üçün valideynlərimin və mənim hazırladığımız əsgəri ləvazimatları, şagirdlərimizin yazdığı məktubları, çəkdiyi videoları sizlərə ərməğan edirik. Biz həmişə sizin yanınızdayıq" - layihənin müəllifi 2-C sinif müəlliməsi Saadet Tığlı belə yazıb. Şagirdlərin yazdıqları məktublar döyüşçülərə duyğulu anlar yaşadıb.Onlar samsunlu məktəblilərin bu nəcib, xeyirxah təşəbbüsünü yüksək dəyərləndirərək məktub ünvanlayıb, xatirə hədiyyələri göndəriblər.