• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2481
— 13.01.2021 18:57

Ərazilər minalardan təmizlənir

KepezTV Player

İşğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir. Hazırda Talış-Suqovuşan istiqamətində ilkin təmizləmə aparılır. Bu ərazilərdə işlər yekunlaşdıqca təmizləmə əməliyyatları daha geniş sahədə aparılacaq.

Minatəmizləmə əməliyyatları ilkin olaraq kommunikasiya xəttlərinin keçəcəyi yerlərdə aparılır. Azərbaycan ərazilərinin işğalda olduğu müddət ərzində ermənilər geniş əraziyə minalar düzüb. Vətən müharibəsi başlayandan bu günə kimi Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri işğaldan azad edilən ərazilərimizdə təmizləmə əməliyyatlarına start veriblər.

Basdırılan minalarla yanaşı ərazi həm də Vətən müahribəsi zamanı ermənilərin atdığı xeyli sayda partlamamış sursatlarla çirklənib. Təmizlənmə əməliyyatları yüksək peşəkarlıqla davam etdirilir.

Əsas strateji əhəmiyyətli xəttlərin keçəcəyi yerlər tam təmizləndikdən sonra təmizləmə əməliyyatları geniş sahələrdə aparılacaq.