• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 13.01.2021 19:20

İslamabad bəyannaməsi qəbul edilib

KepezTV Player

Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün İslamabad bəyannaməsi qəbul edilib. Pakistanın bölgədəki məsələlərin siyasi həllini asanlaşdırmaq səyləri qiymətləndirilib və Əfqanıstana məxsus olan və Əfqanıstan tərəfindən rəhbərlik edilən sülh prosesinə dəstəklərini ifadə ediblər. Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı və realist həlli dəstəklənib. Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar ediblər. Üçtərəfli görüşlər hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılacaq. Gələn il qarşılıqlı razılaşdırılmış tarixlərdə üçüncü iclas Türkiyədə baş tutacaq.