• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 13.01.2021 12:00

Yol qəzası can aldı

KepezTV Player

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 56-cı kilometrliyində - Şəki rayonu Daşüz kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib. Qax rayonu Şotovar kənd sakini, 25 yaşlı Rəvan Rəsul oğlu Məcidovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili körpüdən aşıb. Qəza zamanı sürücünün qardaşı, 22 yaşlı Kənan Məcidov hadisə yerində ölüb. Sürücü və digər sərnişini - Qax rayonu Turaclı kənd sakini 22 yaşlı Hüseyn Mədət oğlu Hüseynov isə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.