• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 13.01.2021 12:20

Şəmkirdə qanunsuz sərnişin daşıyanlar süni qiymət artımı yaradıb

KepezTV Player

Koronovirus pandmeiyası səbəbindən ölkə ərazisində avtobus və mikroavtobuslarla rayonlararası sərnişindaşıma məhdudlaşdırılıb. Bu səbəbdən avtovağzalların faəliyyəti də dayandırılıb. Ancaq bəzi sürücülər qadağalara məhəl qoymadan, hətta gediş haqqını da artırmaqla yollarına davam edir. Əməkdaşımız Natiq Hüseynin Şəmkirdən regionlara, eləcə də paytaxt Bakıya qanunsuz sərnişin daşıyanlarla bağlı materialını gətiririk ekrana.

Şəmkir rayonunun dördyol adlanan ərazisini özləri üçün dayanacaq seçən bu avtobus sürücləri gündəlik olaraq ölkə daxili sərnişin daşıma ilə məşğuldirlar. Koronavirusla bağlı qadağalara məhəl qoymayanların adi günlərdə olduğu kimi fəaliyyətini davam etdirməsi bəzi mətləbləri üzə çıxarır. Çəkilişin aparıldığı görüb nəqliyyat vasitəsinin önündəki lövhələri gizlətməyə çalışanlar sükan arxasına keçmələrini belə əsaslandırırlar.  

Sürücü İcazə var işləyirik. Fərqlənmə nişanımızda var.

Sürücü Sürücü oradadır çağırım desin. Mən köməkçiyəm. Bəs lövhəni niyə götürdüz?.Ay müəllim sürücünü çağırım desin.

Sürücü Gəncə o tərəfə aiddir. Şəmkirdə karantin deyil. Sərnişin daşıyırıq. Biz avtovağzaldan çıxmırıq. Bura avtovağzal deyil. Şəmkirin kruqudur.

Sürücülərin bu formada fəaliyyətinə hansı yolla icazə verildiyi bir yana sərnişinlər gediş haqqının artırıldığını da deyirlər. Şəmkirdən Gədəbəy və Qazaxa əvvəllər 2 manata gedənlər indi eyni yola görə 3-5 manat arası ödəməli olurlar.

Sərnişin Əvvəlcə gəlirdik 2, 3 manata. İndi gedirik 5 manata. Bu da millətə sərf etmir.

Sərnişin Məcbur işimizlə əlaqəli gəlirik. Məcbur olmasam evdən çıxmaram. Gəlmişəm sənədlərimi qaydasını salıb qayıdıram. İndi marşrtum gəlir minib gedəcəm.

Sərnişin Yox əvvəllər 2 manat idi. İndi 3 manat olub. İndi qaldırıblar qiymətləri.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tovuz rayon Şöbəsi yaranmış vəziyyəti aradan qaldırmaqda acizdir. Qurumda vəziyyətdən hali olsalar da aidiyyatı orqanlara edilən müraciətlər real nəticə verməyib.  

Fariz İsgəndərov DANX-nin Tovuz Regional Şöbəsinin müfəttişi Qeyri- müntəzəm fəaliyyət göstərən marşrutlardır. Buna da biz nəzarət etmirik. Bunlara biz nəzaərət etmədiyimizdən özləri tərəfindən qaldırılıb. Biz tam olaraq bunlara nəzarət etmirik.

Nəzarətin hansı orqan tərəfindən edilməsindən asılı olmayaraq Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar şəhərlər və rayonlar üzrə eyni əhəmiyyətlidir. Bu isə o deməkdir ki, Şəmkirdə daxil olmaqla rayonlararası sərnişindaşıma fəaliyyəti tam qadağandır. Buna məhəl qoymayanlar isə səlahiyətli orqanlar tərəfindən cəzalandırılmalıdırlar.

 

Natiq Hüseyn