• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 13.01.2021 11:54

ANAMA 425 kq partlayıcı maddə aşkarlayıb

KepezTV Player

ANAMA tərəfindən 27 sentyabr 2020-ci – 12 yanvar 2021-ci il tarixlərində 24 şəhər və rayonda, o cümlədən Ağdam, Füzuli, Xocavənd və Şuşada ərazilərə baxış keçirilib. Yaşayış məntələrində ev və həyətyanı sahədə, neft kəmərinin yaxınlığında, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisində, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığında, əkin və otlaq sahələrində, yol kənarında, meşə massivində, məktəbdə əməliyyat aparılıb. Baxışlar zamanı 2 772 ədəd partlamamış hərbi sursat, 4 571 ədəd piyada əleyhinə mina, 1 604 ədəd tank əleyhinə mina, 1 934 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 444 ədəd 9N235 bombacıqları, 35 267 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 100 metr boru şəkilli partlayıcı yük, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron, 2 ədəd raketin mikrosxemi və 2 006 ədəd partlamış raket hissələri aşkar olunub.