KepezTV Player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib. Nazirliyin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı tərtib edilən konsepsiya barədə ilkin müzakirələr və fikir mübadiləsi aparılıb. Həmçinin, məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi müzakirə edilib. Bu yaxınlarda Nazirliyin nəzdində daxili İşçi qrupu yaradılacaq.
- Baxış: 153