• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2212
— 13.01.2021 09:18

Əlavə məbləğlər təqaüdlərə birləşdirilməklə veriləcək

KepezTV Player

2021-ci ilin əvvəlindən I dərəcə əlilliyi olan şəxslərə verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb. I dərəcə gözdən əlilliyi olan şəxslərin pensiyasının üzərinə edilən 110 manat əlavə də, onların aldıqları 100 manat təqaüdlə birləşdirilib. Fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində təqaüd təsis edilib. Habelə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat təqaüd veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yaxın günlərdə yanvar ayı üzrə təqaüdlərin verilməsi təmin olunacaq.