• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 13.01.2021 09:18

Cəbhəboyu ərazilərdə 53 mina aşkarlandı

KepezTV Player

Bu ilin 09-12 yanvar tarixlərində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə&nbsp; Ağcabədi, Ağdam, Daşkəsən, Füzuli, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Yevlax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə 16 müraciət daxil olub. Bu çağırışlar əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 44 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.&nbsp;<br>Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 126 ədəd partlamamış hərbi sursat, 3 ədəd bombacıq, 6 ədəd piyada əleyhinə mina, 47 ədəd tank əleyhinə mina, 19 ədəd tank əleyhinə mina partladıcısı, 10 752 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd PKA silahı və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 112 ədəd partlamamış hərbi sursat və 602 ədəd mina zərərsizləşdirilib.