• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 12.01.2021 21:26

Komissiyanın fəaliyyəti davam edir

KepezTV Player

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən dünən gün ərzində 329 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.Füzuli rayonu ərazisində də komissiyanın səyyar qrupu fəaliyyət göstərir. Bu qrup tərəfindən 90-dan çox müraciət qəbul edilib və 45 müraciət yerində baxılaraq həll olunub.Uzaqda yaşayan vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq həmin şəxslərin müraciətlərinə uyğun olaraq lazımi sənədlərin əldə edilməsi üçün aidiyyəti hərbi hissələrə komissiya tərəfindən müvafiq sorğular göndərilir.