• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 12.01.2021 20:52

Azərbaycanın Rusiyadakı Səfirliyi vətəndaşlara müraciət edib

KepezTV Player

Azərbaycanın Rusiyadakı Səfirliyi Rusiyada azərbaycanlılara müraciət edib. "Koronavirus pandemiya dövrünün yaratmış olduğu çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 1 yanvar 2020-ci ildən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 1 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.Vətəndaşlar yaşadıqları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün Azərbaycanın aidiyyəti diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər" deyə müraciətdə bildirilib.