• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1122
— 12.01.2021 16:26

Kafe sahibi cərimələnib

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafeni aşkarlayıblar.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi F.Quliyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara əməl etmədiyinə görə onun barəsində də İnzibati Protokol tərtib edilib və obyekt sahibi 4000 manat miqdarında cərimə olunub.