• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 12.01.2021 16:42

Postda COVID-19 xəstəsi müəyyən edilib

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirirlər. Şəhərin girişində qurulan stasionar postda şəhər  ərazisinə daxil olmaq istəyən  sürücünün koronavirus infeksiyasının daşıyıcısı olduğu aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncəyə gəlmək istəyən Yevlax rayon sakini Dursun Babazədənin  COVID-19 testinin nəticəsinin pozitiv olduğu, ona ev şəraitində müalicə təyin edildiyi və yaşayış yerini tərk etməməsi barədə xəbərdar olunduğu müəyyənləşib.ŞBPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Zaur Cavadovun da  yaşadığı ünvanı tərk etdiyi, bununla da “COVİD-19” virusunun yayıldığına şərait yaratdığı aşkar edilib. Həmin şəxs tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib.Hər iki faktla bağlı  Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.