• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 12.01.2021 16:18

Peşə seçimini necə etməliyik?

KepezTV Player

 “Sevdiyin işimi görməli yoxsa gördüyün işi sevməli” deyərkən   bir çox insanın dilemma yaşadığı ixtisas seçimlərindən, iş axtarışlarından bəhs edirik. Bəziləri zaman-zaman seçdiyi ixtisası sorğulayaraq, gələcəkdə hansı işin sahibi  olacağını bilmir. Təəssüflər olsun ki, statistikalar da bir çox insanın ixtisas aldığı peşədən fərqli istiqamətlərdə çalışdığını göstərir. Bəs belə bir vəziyyətdə nə etməli? Madam ki, o ixtisas üzrə ixtisaslaşmayacaqdıq, bəs niyə təhsil alarkən onu seçdik? Kimimiz valideyn təsiri ilə,kimimiz isə özünü tanımadığı, əslində nə istədiyini anlamadığından yanlış ixtisas seçir. Bəziləri isə   yolda bu seçimin ona uyğun olmadığını anlayır.Belə olan halda bircox insan  özünü siuasiyanın qurbanına  çevirməyi üstün tuturlar. Halbuki bu dünyada qurban psixologiyası ilə yaşayanlar deyil, onu qurbana çevirməyə çalışan hadisələr qarşısında dimdik duraraq, hər zaman bir çıxış yolu axtaranlar güclü və uğurlu bir şəkildə gözəl və dəyərli bir ömür yaşayırlar.

Bir başqa məsələ də odur ki, bir çoxlarımız maliyyə azadlığı qazana bilmək, iqtisadi vəziyyətini yaxşılaşdırmaq və bir çox hallarda sadəcə özünü və ailəsini keçindirə bilmək üçün sevmədiyi işlərdə çalışmağa məcbur qalırıq. Bu, isə bir çox hallarda peediodik olaraq müvəqqəti xarakter daşıyır. Zənnimcə, bu periodu hər kəs yaşayıb, yaşamağa da davam edəcək. Əslində bu işin özündə belə seviləsi tərəf bunun bir period olduğunu anlamaq və hər zaman belə olmayacağını dərk edərək, bir yandan da hərəkətə keçmək və mümkün ola biləcək bütün fürsətləri qovalamaqdan əl çəkməməkdir.

Unutmamalıyıq ki, hadisələrə və yaşadıqlarımıza yanaşmamızı dəyişəndə hər şeyi dəyişdirə bilmə gücü sadəcə və sadəcə bizdə olur.

Qərarını verməkdə çətinlik çəkirsənsə, prosesə və zamana güvən. Prosesin içində zamanla sənin üçün ən doğru olanın nə olduğunu müəyyənləşdirə biləcəksən. Əsas odur ki, heç bir zaman cəhd etməkdən əl çəkməyəsən. Bizlər başqalarına ikinci, hətta üçüncü, dördüncü şansları verməkdə usta olsaq da, özümüzə gəldikdə cəllad kəsilə bilirik. Halbuki şans verməli olduğumuz da, güvənməli olduğumuz da, inanmaqdan əl çəkməməli olduğumuz da özümüzük.