• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 12.01.2021 12:42

Silsilə oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb. Gəncə sakini, əvvəllər məhkum olunmuş  27 yaşlı Naib Əliyev bu ay ərzində müxtəlif vaxtlarda şəhər ərazisində vətəndaşlara məxsus avtomobillərdən nağd pul və mobil telefon oğurlayıb. Əliyev saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı:“Məlum olub ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Naib Əliyev şəhər sakininə məxsus avtomobilə qeyri-qanuni yolla daxil olaraq oradan içərisində 3354 manat olan pul qabını oğurlayıb”.

Naib Əliyev saxlanılan şəxs:“Qlavnı”dan üzü Azərittifaqa piyada gedirdim. Gördüm gül mağazasının qabağında bir maşın dayandı. İçərisindən qadınlar düşdü, gül almağa getdilər. Yaxınlaşıb pəncərədən gördüm maşında “A-51” telefonu var. Götürüb getdim, tanımadığım şəxsə 140 manata satdım”.