• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1147
— 11.01.2021 18:57

Qanunsuz fəaliyyətlə məşğul olan iki sürücü aşkarlanıb

KepezTV Player

Mingəçevirdə qanunsuz fəaliyyətlə məşğul olan iki sürücü aşkarlanıb. Fəqan Rəşidov və Məftun Əhmədov idarə etdikləri “Mercedes” markalı mikroavtobuslarla xüsusi karantin rejimi qaydalarını pozaraq sərnişinləri Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma zamanı həmin şəxslərin müəyyən pul müqabilində sərnişinləri Bakıya aparacaqlarına dair söz verdikləri məlum olub. Hər iki sürücü Polis Şöbəsinə dəvət olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.