KepezTV Player
Dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 90 milyonu ötüb.
Bu barədə beynəlxalq təşkilatların informasiyaları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.<br>Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 22,2 milyon insanda təhlükəli infeksiya aşkarlanıb. Pandemiya ərzində dünyada 1,93 milyondan çox insan koronavirusdan ölüb, 50 milyona yaxın pasiyent sağalıb.Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı infeksiyanın adını COVID-19 qoyub və koronavirusu pandemiya elan edib.
- Baxış: 166