• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 10.01.2021 20:18

Turan Bayramov Fransaya yollanır

KepezTV Player

Azərbaycan güləşçilərinin 2021-ci ildə iştirak edəcəkləri ilk yarış məlum olub. Bu, Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridir. Ənənəvi beynəlxalq turnir yanvarın 14-ü 18-i tarixləri aralığında baş tutacaq. Yarışda yığma komandamız geniş heyətlə qüvvəsini sınayacaq. Ölkəmiz müxtəlif çəki dərəcələrində yunan-roma və sərbəst güləşçilərin mübarizəsində 21 pəhləvanla turnirdə iştirak edəcək. Onlar arasında dünya, Avropa və Olimpiya Oyunlarının qalibi və mükafatçıları var. Heyətə təcrübəlilərlə yanaşı, gənclər də cəlb olunub. Belə idmançılardan biri Gəncə güləş məktəbinin istedadlı yetirməsi Turan Bayramovdur.