• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 09.01.2021 16:44

“Azərxalça” ASC-nin İdarə heyətinin sədri həbs edildi

KepezTV Player

“Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləyən Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında araşdırma aparılıb. Müəyyən olunub ki, Vidadi Muradov 9 dekabr 2016-cı ildən 31 dekabr 2019-cu ilədək digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça”-ya məxsus ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat köçürüb. Həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılaraq mənimsənilməsinə şübhələr yaranıb. Muradov müxtəlif ölçülü xalçaların təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı da mənimsəyib. Bunlardan başqa, Almaniyada fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro təşkil edən podrat müqaviləsini bağlayıb, yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avronun “Azərxalça”nın bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olub. “Azərxalça” ya məxsus 2 milyon 84 min manat məbləğində əmlakı israf edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.