• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2384
— 07.01.2021 16:52

"WhatsApp" programına bu il 6 yeni funksiya gələcək

Dünyanın ən məşhur mesajlaşma proqramı olan"WhatsApp"a yeni funksiyalar gələcək. "WhatsApp" bu il altı yeni funksiyasını ilə istifadəçilərinin ixtiyarına verəcək. Onlardan bəziləri artıq sınaq mərhələsindədir.
2021-ci ildə istifadəyə verilə biləcək 6 "WhatsApp" xüsusiyyəti bunlardır:

Çoxlu cihaz dəstəyi
Keçən ilin noyabr ayında beta versiyasında görülən bu xüsusiyyət aktivləşdirildikdə "WhatsApp" istifadəçiləri platformaya eyni anda birdən çox cihazdan daxil ola biləcəklər. Hazırda yalnız masaüstü və mobil cihaz vasitəsilə giriş imkanı verən "WhatsApp" üç və ya daha çox cihazdan açıla biləcək.

"WhatsApp Web" masa üstü tətbiqi ilə zəng etmək
"Windows" və "macOS" masaüstü tətbiqləri ilə səsli zənglər etmək olacaq.

Videoların səssizləşdirilməsi
"WhatsApp" kiməsə göndərilən və ya status yenilənməsi olaraq yüklənən videoların səssizə alınması seçimi yoxdur. Lakin yaxın zamanlarda istifadəçilər videonu səssizləşdirmək imkanına sahib olacaqlar.

"Sonra oxu" seçimi
Bu "WhatsApp"da mövcud olan "Arxivlənmiş söhbətlər" funksiyasının inkişaf etmiş versiyası olacaq.

Sığorta
Platformanın bu xüsusiyyəti Hindistanvətəndaşları üçün nəzərdə tutulub. Onlar sağlamlıq sığortası və pensiya proqramlarını "WhatsApp" vasitəsi ilə əldə edə biləcəklər.

Buraxılmış qrup zənglərində iştirak
Bu yeniləmə ilə istifadəçilər həmin an qoşula bilmədikləri qrup zənglərinəsonradan daxil ola biləcəklər. Artıq iştirakçı əlavə etmək üçün qrup söhbətini yenidən başlatmağa ehtiyac olmayacaq.