• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 07.01.2021 10:38

Görünməz qonaq

Filmin Adı: The Invisible Guest – Görünməz Qonaq (2016)

Ölkə: İspaniya
Janır: Cinayət, Müəmma, Triller
Rejissor: Oriol Paolo
Rollarda: 
     
Mario KasasAna VaxenerXose KoronadoBarbara LenniFransesk OrelyaPako TousDavid Selvasİnyiqo QasteziSan ElamosManel Dueso

 



İspanların film sahəsində özlərinə məxsus bir yerləri var. Bu film də, bunun mükəmməl bir nümunəsidir.  Film haqqında spoiller vermədən sizə qısaca bir məlumat verim. Adrian Doria varlı bir iş adamıdır. Həyata keçirdiyi ticari naliyətlər sayəsində, ilin iş adamı belə seçilir. Bir oteldə, sevgilisi Laura Vidan-ın cəsədi aşkarlanır və o da hadisə yerində olduğu üçün nəzarət altına alınır. Özünü müdafiə üçün ona, təcrübəli vəkil Virginia Goodman-ı məsləhət görürlər.  Adrian, Virgina-ya yaşanan hadisələri ən başından izah etməyə başlayır. Lakin Virginia hekayədə bəzi uyğunsuzluqlar fərq edər və onu hekayəsinin qaranlıq nöqtələrini ortaya çıxarması üçün məcbur edər.