• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 23.03.2020 19:52

Şəcərə nədir?

KepezTV Player

Xarici ölkələrdə insanlar öz şəcərələrinə maraq göstərir və ulu babalarının kim olduğunu, hansı şəxslərin nəslindən gəldiklərini mümkün qədər öyrənməyə çalışırlar. Bəs, bizdə vəziyyət necədir? Gəncə sakinləri ümumiyyətlə, şəcərənin nə olduğunu bilirmi?

Yusif Axundov - ziyalı: Şəcərə bir nəsil, kökün çinarıdır. Qollu, budaqlı ağacdır. Gənclərimiz bunu bilməlidir. Nəvələrinin, nəticələrinin adlarını şəcərəyə görə adlandıran şəxslər var. Bu yaxşı əlamətdir və bunu yaşatmaq lazımdır.

Ərəb dilindən tərcümədə "ağac" mənasını verən şəcərə sözü insanların nəsil bağlılığını əks etdirən cədvələ deyilir. Sözügedən ifadə zamanla müəyyən səbəblərdən dolayı unudulsa da, onu yaşatmağa çalışan insanlar da var. Məsələn, Cəfərovlar ailəsi kimi.

Aydın Cəfərov - şəhər sakini: Mən 5 babamı tanıyıram. Atam Abbasəli, onun atası Cəfər, babamın atası İsmayıl, İsmayılın atası isə Hüseyn olub. Hüseyn də Qazax mahalının Bəylilər kəndindən gəlib burda məskunlaşıb. Ondan sonra biz həmin nəsli davam etdirmək üçün nə yad verə qız vermişik, nə də yadla evlənmişik.

Fərrux Cəfərov - şəhər sakini: Oğul nəvəmi öz bacımın nəvəsinə nişanlamışıq, toy etmişik, vermişik. Yəni burada da məqsəd nədir? Məqsədimiz odur ki, hər iki tərəf, ümumi 1 tayfa şəçərəni davam etdirsin.

Aydın və Fərrux Cəfərovlar həm əmioğlu, həm də yeznə-qayın düşürlər. Ailə ağsaqqaları bu gün ulu babalarının adlarını öz nəvələrinin adlarında yaşadırlar.

Aydın Cəfərov - şəhər sakini: Həmişə evimizdə deyirəm biz filan tayfadanıq, nəslimiz, kökümüz bunlardır. Gələcəkdə bunu davam etdirmək üçün övladlarımıza ulu babalarımızın adını qoyuruq.

Fərrux Cəfərov - şəhər sakini: Hər hansı bir cavan özünü, keçmişini, ulu babasını tanımırsa o 5 ildən sonra yalnız atasını və babasını tanıyacaq. Amma biz çalışmalıyıq ki, onlara deyək, öyrədək, başa salaq. Siz kim olmusunuz, sizin ulu keçmişiniz kimdir.

Əfsuslar olsun ki, bu gün qohumluq münasibətlərində yadlaşma tez-tez müşahidə olunur. Gənclər öz soyları, ulu babaları haqda demək olar ki, məlumatsızdırlar. Halbuki şəcərəmizi öyrənmək ən azı milli mənsubiyyətimizi bilmək qədər önəmlidir.