• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2123
— 06.01.2021 13:17

Poeziyamızda vətənpərvərlik mövzusu

KepezTV Player

Doğma və zəngin Azərbaycan poeziyası ulu Nəsimidən üzü bəri cilalana-cilalana, məna, fikir, duyğu və düşüncələr meydanında böyüyə-böyüyə, döyüşə-döyüşə, həm də təmizlənə-təmizlənə bu günkü məqamına gəlib çatıb.  Şairləri allahın elcisi, sözü isə müqəddəs bilib xalqımız. Məhz elə bu səbəbdən də istər nəsr istərsə də nəzm nümünələri cəmiyyətin güzgüsü hesab olunub. Lakin elə mövzular var ki, üstündən nə qədər zaman kecsə də ,daim aktual və dəyişilməz qalır. Bu vətənpərvərlik mövzusudur.

Bəlkə  elə buna görə də müasir dörv şairlərin yaradıcılığının əsas mövzusu Vətəndi, Qarabağdı.

Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir. Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Gənclərimizi Koroğlu, Babək, Cavanşir, Mübariz və s. ruhunda tərbiyələndirmək ümdə vəzifəmiz olmalıdır. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli soykökümüzə, tariximizə, folklorumuza, min illərdən bəri xalqımızın yaratdığı mənəvi dəyərlərə dərindən yiyələnməsi istiqamətində poeziyamızın rolu danılmazdır.

Vətənpərvərlik vətəndaşlıq tərbiyəsinin əsasında duran ən ülvi bir hissdir. Bu gözəl və nəcib əxlaqi keyfiyyəti gələcəyin qurucularına aşılamaq bizim vətəndaşlıq borcumuzdur.