• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 880
— 28.12.2020 12:10

Ağdam Cümə məscidinin gecə görüntüləri

KepezTV Player

Ağdam şəhərindəki Cümə məscidinin gecə görüntüləri nümayiş olunub. Məscid Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868-1870-ci illərdə inşa edilib. Abidə 1993-cü il iyul ayının 23-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Ermənilər tərəfindən dağıdılıb. Nəhayət 27 ildən sonra Ağdam rayonunun işğaldan azad olunması ilə Cümə məscidi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib. Məscid ətrafında yüngülvari abadlıq işləri aparılıb, daxili təmizlənib, işıqlandırılıb.