• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 870
— 28.12.2020 12:02

İgid əsgər şəhid atasının qisasını aldı

KepezTV Player

Növbəti videomaterialımızda orduya könüllü yazılan və artıq  tərxis olunan igiddən danışacağıq. O igiddən ki, atası Birinci Qarbağ savaşında şəhidlik zirvəsinə ucalıb. Göygölün Firuzabad kənd sakini Mirhəbib Cabbarov 44 günlük müharibədə sona qədər döyüşərək həm torpalqarımızın azad olunmasında, həm də şəhid atasının qisasının alınmasında faəl iştirak edib.  Əməkdaşımız Natiq Hüseyn Cabbarovlar ailəsində olub, döyüşçünün və yaxınlarının qələbə sevincinə şahidlik edib.

Atası Oqtay Cabbarov şəhid olanda Mirhəbibin  cəmi 2 yaşı var idi. İkinci Qarabağ Müharibəsi başlayanda ordu sıralarına ilk yazılanlardan biri oldu. Bu döyüş onun üçün həm də atasının qisasını almaq üçün yetişən gün idi. Murovdağ, Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə mərdliklə vuruşan 30 yaşlı Cabbarov atasının qanını yerdə qoymayıb.  

Mirhəbib Cabbarov müharibə iştirakçısı Biri var kiminsə deməyi ilə eşidəsən Qarabağ alındı. Biri də var özün orada iştirak edəsən. Yəni bu hissi keçirtmək çətindir. Demək başqa, görmək başqa.

Mirhəbibin atası 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Yasın Cabbarov döyüşçünün babası Birinci növbədə Kəpəz Televiziyasının kollektivinə və idarə heyətinə ürəkdən təşəkkür edirəm. Çox sağ olun. Allah sizin ömrünüzü uzun eləsin ki, gəlib belə müharibə iştirakçılarının həyatını işıqlandırırsız. Oqtayın qanı yerdə qalmamalıydı. Bunun da üzü ağ olsun. Getdi atasının qanını bir yox, yüz dəfə aldı gəldi. Daha bundan böyük xoşbəxtlik nə ola bilər.

Döyüşçünün anası Fikriyyə xanım deyir ki, oğlunun müharibəyə getməsinə narazılığı olmayıb. Ancaq bir ana kimi narahatlıq keçirib. Bu gün isə xoşbəxtdir. Çünki həyat yoldaşının uğrunda şəhid olduğu və oğlunun döyüşdüyü torpaqlar azadlığa qovuşub.

Fikriyyə Cabbarova döyüşçünün anası Elə bil o ayın 29-u evdən çıxandan mən ev üzü görmədim. Eləcə çöllərdə televizorun qabağında xəbərləri izləyirdim. Ali Baş Komandımız bu gün bir xəbər desin. Elə hər dəfə deyirdim, ay Allah Şuşanı nə vaxt alacağıq.

Mirhəbib Cabbarov onlara döyüşlərdə xüsusi ruh yüksəkliyi gətirən məktublardan da danışıb. Belə məktublardan birini də müharibə gedən zaman Bakı şəhəri 275 saylı tam orta məktəbin dördüncü sinif şagirdi göndərib. Ailə tezliklə həmin şagirdi tapıb görüşmək arzusundadır.

 

Natiq Hüseyn