• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 27.12.2020 19:20

Qazi futbolçu

KepezTV Player

Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qələbəyə töhfə verənlər arasında “Kəpəz”in sabiq futbolçusu Talıb Rzayev də olub. Hərbi xidmətdə olduğu dövrdə müharibənin başlaması ilə Rzayev də əsgər yoldaşları kimi döyüşlərə atılıb.

Talıb Füzuli, Hadrut və Laçının azadlığı uğrunda gedən əməliyyatlarda iştirak edib. Elə Laçındakı döyüşlərin birində düşmən artileriyasının atəşi altına düşərək yaralanıb. Ayağında qəlpələr var. Hərbi hospitalda müalicə olunub, daha sonra evə müəyyən müddətli məzuniyyətə buraxılıb. Qarşıdakı günlərdə reabilitasiya üçün Bakıya yollanacaq.

Talıb evin yeganə övladıdır. Ona Böyük Vətən Müharibəsinin veteranı olmuş babasının adını qoyublar. Elə üzünü görmədiyi babasının taleyini yaşayıb. Babası da evin tək övladı kimi döyüşlərdə iştirak edib və qəlpə yarası alaraq doğma yurduna dönüb. Döyüçşü babasının yolunu layiqlə davam etdirən Talıb da müharibənin sonunda qələbəyə sevinib.

Qazi futbolçu Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücayət nümayiş etdirdiyinə görə Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Talıb Rzayev “Kəpəz”in aşağı yaş qruplarında, əvəzedici heyətdə və əsas komandada oynayıb. O, indi fəaliyyətini dayan“Simurq” və AZAL kimi klublarda da çıxış edib. Sabiq yarımmüdafiəçi sağlamlığı imkan verərsə, gələcəkdə məşqçi işləmək və bunun üçün müvafiq kurslarda iştirak etmək arzusundadır. “Kəpəz” klubu bu işdə ona yardımçı ola biləcəyini deyib.