Gəncə şəhəri üzrə eksternat qaydada imtahan keçirilib. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib. Pandemiya qaydalarına uyğun olaraq imtahan onlayn qaydada təşkil olub. İmtahanda iştirak edənlərin biliyini təhsil idarəsi tərəfindən yaradılan komissiyanın üzvləri olan müəllimlər yoxlayıb. İmtahanlarda ümumi orta təhsil bazasında 22, tam orta təhsil bazası üzrə 23 nəfər olmaqla 45 nəfər iştirak edib. İştirakçılara 10 fənn üzrə 2-3 dəqiqə müddətində şifahi suallar verilib. İştirakçıların bütün fənlərdən kafi qiymət alması mütləqdir. İmtahanlarda uğur qazanan şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən tam və ümumi orta təhsil səviyyələri üzrə keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək. Həmin imtahanlardan müsbət qiymət alanlara isə ümumi orta və ya tam orta təhsil haqqında attestat veriləcək.
Anar Qədiməliyev Təhsil İdarəsinin müdiri: Müxtəlif səbəblərdən təhsildən yarımçıq qalmışdılar. Bu imtahanə verib sənədi əldə etməklə növbəti mərhələlərə keçid əldə etmiş olurlar. Onlar təhsillərini və yaxudda peşələrini davam etdirə bilərlər. İş sahəsində də onlara bu sənəd lazımdır ki, müvafiq işlərdə işləyə bilsinlər.
- Baxış: 307