• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 870
— 26.12.2020 17:42

Türkiyə hərbçiləri Azərbaycana yola düşüblər

KepezTV Player

Briqada generalının komandanlığı altında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana yola düşüblər. Bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb. Məlumata görə,yanvar ayından etibarən türkiyəli hərbiçilər rusiyalı hərbi qulluqçularla bərabər Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılan Birgə Monitorinq Mərkəzində xidmətə başlayacaqlar.Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsində iştirak edəcəklər. Həmçinin Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım fəaliyyətində rol alacaqlar.