• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 26.12.2020 12:32

“Xınayaxdı” məclisi keçirənlər məsuliyyətə cəlb olunublar

KepezTV Player

Tovuzda karantin qaydalarına zidd olaraq xınayaxdı məclisi təşkil olunub. Rayon Polis Şöbəsinə Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirdiyi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər. Məlum olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün xına mərasimini qudası  Fazil Mehdiyevin evində keçirib. Məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə yazılıb. Məsuliyyətdən qaçmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.