KepezTV Player
Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı yeni qərar qəbul edib. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edilən qərara əsasən, gələn il yanvarın 31-dək həftənin şənbə və bazar günləri bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.Nazirlər Kabinetinin başqa bir Qərarına əsasən tədris və təlim-tərbiyə prosesinin distant formada təşkilinin təmin edilməsi barədə qərarın müddəti 2021-ci ilin yanvarın 31-dək uzadılır.
- Baxış: 261