• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 25.12.2020 20:23

Şəhidlik zirvəsinə ucalan müəllim

KepezTV Player

Vətən Müharibəsində iki qardaşın bigə döyüşdüyü ailədən söhbət açacağıq. O ailədən ki, qardaşlardan biri ən uca şəhidlik zirvəsinə ucalıb. Daşkəsən rayonunun Gülbulaq kəndində müəllim işləyən Vidadi İsrafilov döyüşlər başlayanda könüllü olaraq cəbəyə yollanıb. Zəfərə saatlar qalmış isə şəhidlik zirvəsinə ucalıb.

Gəncə Dövlət Universtetini bitirdikdən sonra 33 yaşlı Vidadi İsrafilov vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Qayıtdıqdan sonra isə Daşkəsən rayonunun Gülbulaq kəndində riyaziyyat müəllimi işləməyə başlayıb. Vətən müharibəsi başlayanda isə əlinə silah alaraq cəbhəyə yollanıb. Döyüş yolu Füzuli və Qubalıdan keçib. Torpaqlarımız azad olunduqca ailəsini sevindirən əsgərin son zəngi daha təsirli olub.

Vaqif İsrafilov şəhidin atası Dedi ata gözün aydın olsun. Qarabağı ürəyini almışıq. Tezliklə Ali Baş Komandan məlumat verəcək. İnşallah az qalıb düşmənin ömrünə. Artıq Xankəndi ayağımızına ltındadır. Çox az qalıb.

Şəhidin atası Vaqif İsrafilov da həqiqi hərbi xidmət dövründə fəallığı seçilib və buna görə müxtəlif medallara layiq görülüb. Ailə üzvləri deyir ki, Vidadi də atası kimi daim qarşısına qoyduğu məqsədə çatmaq üçün mübarizə aparıb. Bu mübarizlik onu şəhidlik zirvəsinə ucaldıb.

Almaz İsrafilova şəhidin anası Mən deyirdim yox olmaz sən müəllimsən. Sənin uşaqların var. Axırda stolun arxasından durdu sözümü ağzımda qoydu. Yox mən gedirəm dedi.

Şəhid əsgərin ailəsinə yazdığı məktub Vətən sevgisilə doludur. Vidadi İsrafilovun həyat yoldaşı da deyir ki, o ailəsini yox Vətənini seçdi.

Şahnaz Əliyeva şəhidin həyat yoldaşı Məktub yazdı qoydu. Dedi mən balalarımı atama əmanət edib gedirəm. Atama ümid olub gedirəm. Belə mənim balalarımdan müğayət olun. Telefon zənglərində də həmişə uşaqları deyirdi.

Vidadi İsrafilovlun qardaşı Əmrah da Vətən Müharibəsinin iştirakçısıdır. Bu gün də hərbi xidmətini davam etdirən əsgər qardaşının qanının yerdə qalmamasına sevinir.

Əmrah İsrafilov şəhidin qardaşı Buradan bütün şəhid ailələrinin atalarının analarının əllərindən öpürəm. Onlara səslənirəm öz övladlarından qürur duysunlar. Bu nə vaxtsa olmalıdır. Mən fəxr edirəm ki, bu mənim qismətimdə olub. Mən buna seviniərm ki, mən və qardaşım bu döyüşlərin iştirakçısı olduq. Baxmayaraq qardaşım şəhid oldu.

Ölümündən sonra ölkə prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallari ilə təltif olunan qəhrəımanın əmənat qoyub getdiyi Ataxan və Xatun adlı övladları qalıb.

Natiq Hüseyn