• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1451
— 25.12.2020 15:10

İki avtomobil yolunun birinci mərhələsi başa çatır

KepezTV Player

İşğaldan azad olunan ərazilərdə iki avtomobil yolunun birinci mərhələsi başa çatır. Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, sözügedən yollar Tərtər-Suqovuşan və Suqovuşan-Talış avtomobil yollarıdır. Tərtər - Suqovuşan yolunun uzunluğu 21 kilometr, Suqovuşan-Talış yolunun uzunluğu isə 8 kilometrdir. Ümumi uzunluğu 29 kilometr olan hər iki yolun tikintisində işlər sürətləndirilib. Artıq yaxın günlərdə adıçəkilən avtomobil yollarında tikinti işlərinin birinci mərhələsi yekunlaşacaq. Hazırda asfalt - beton örtüyünün vurulması yekunlaşır, son tamamlanma işləri görülür. Yolun ikinci mərhələsinin tikintisinə gələn ilin əvvəllərində start veriləcək.