• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1449
— 25.12.2020 15:18

Beynəlxalq Cinayət Məhkəməsi Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciətə cavab verib

KepezTV Player

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsi Milli Məclisin İnsan Hüquqları Komitəsinin müraciətini cavablayıb. Müraciətdə  Ermənistanın müharibə cinayətləri, Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması faktlarla əsaslandırılıb. Hərbi cinayətlərinin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması  yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib. Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsinin  “Məlumat və Sübutlar  Şöbəsinin” müdiri  Mark Dilonun cavab məktubunda sənədin baxılmaq üçün Kommunkasiya Reyestrinə daxil edilməsi bildirilib.  Sənədə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı ilə bağlı açıqlama verilib.  Müvafiq qərar çıxarıldığı zaman, yazılı olaraq qərarla bağlı  İnsan Hüquqları Komitəsinin sədrinin məlumatlandırılacağı qeyd edilib.