• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 23.12.2020 10:19

Pandemiyanın psixoloji təsirləri

KepezTV Player

Sosial təcrid və karantin rejimi insanların gündəlik həyat ritmini ciddi şəkildə dəyişməsinə, sosial fəallığının azalmasına, bu isə öz növbəsində psixoloji gərginliyin yaranmasına səbəb olur. Bu prosesin düzgün idarə olunmaması insanlarda ciddi psixoloji pozuntulara, hətta ailədaxili münasibətlərin korlanmasına səbəb ola bilər. Dolayısı ilə hər birimiz karantin qaydalarına riayət etməklə yanaşı, həm də özümüzün və ətrafımızdakı insanların psixoloji sağlamlığının və pozitiv əhval-ruhiyyəsinin qorunması üçün müvafiq tədbirlər görməliyik. Məsələn yoqa və meditasiya ilə məşğul olma, ailəvi  film izləmək, kitab oxumaq, təmizlik işləri təşkil etmək ,hobbinizə vaxt ayırmaq   və yaxud düzgün qidalanma haqqında məlumat toplamaq və tətbiq etmək.

Araşdırmalar göstərir ki, öz həyatının kənar amillərdən asılı olduğunu düşünən insanlar davamlı stressə məruz qalırlar və inamsız olurlar. Təbii ki, kənar amillərin bizim həyatımıza təsiri danılmazdır. Lakin həlledici rolu öz fikirlərimiz, reallığa münasibətimiz və şəraitə verdiyimiz reaksiyalar müəyyən edir. Pandemiyanın yayılması bizim iradəmizdən kənar baş versə də, yaranan yeni şəraitdə özümüzü və ailəmizi qorumaq, fəaliyyət və inkişaf imkanları axtarıb tapmaq bizdən asılıdır. Çətin şəraitdə öz həyatının məsuliyyətini öz üzərinə götürən, bəhanələrin arxasına gizlənməyən, şəraitə sürətlə uyğunlaşan, davamlı öyrənən və inkişaf edən insanın öz həyatı üzərində nəzarət duyğusu və qabiliyyəti güclənir. Bu tip insanlar daimi nikbin olur və başqalarına da müsbət təsir edir.

Pis günün ömrü az olar!

Evdə qalın! Pozitiv qalın! İnkişaf edin!