KepezTV Player
Prezident İlham Əliyev “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fondun fəaliyyət müddəti 2021-ci il dekabrın 31-dək uzadılır.<br>Eyni zamanda fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Mərkəzi Bankda və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları açılacaq.<br>Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında və bank hesablarında qalan xərclənməmiş vəsait tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsi işlərinin maliyyələşdirilməsinə yönəldiləcək və ya dövlət büdcəsinə qaytarılacaq.
- Baxış: 165