Artıq 30 illik həsrətə, niskilə son qoyuldu. İşğalda olan torpaqlarımız ermənilərdən azad edildi. Qalib bir dövlət kimi Azərbaycanın adı şanlı tarixə yazıldı. Güclü dövlətin igid oğullarımız sayəsində. Belə qəhrəman oğullarımızdan biri də qazi İlqar Nəcəfovdur.
İlqar Nəcəfov 10 ilə yaxındır ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət edir. Vətən müharibəsi başlıyanda da çavuş İlqar Nəcəfov ilk döyüşə atılan igid oğullarımızdan olub. Murovdağ uğrunda gedən döyüşlərdə hərbçi yoldaşları ilə əsil qəhrəmanlıq göstərib. Tabeliyində olduğu bölüklə düşmənə sarsıdıcı zərbələr vurub, adını qəhrəmanlar sırasına yazdırıb. Gedən ağır döyüşlərin birində isə ağır yaralanıb.
İlqar Nəcəfov qazi: Bu günkü gündə ali baş komandanımız sağ olsun. Sevinirəm, işğaldan torpaqlarımız azad olundu. Mənim özümə məndən bşaq çox insanlara qayğı çox göstərildi.Yaralılara dərman baxımından, hər bir cəhətdən baxıldı. Allah şəhidlərimizə rəhmət etsin, anaların qarşısında baş əyirik, qazilərimizə Allah şəfa versin hamı ayağa qalxsın.
İlqar Nəcəfovun hərb meydanında göstərdiyi igidlik döyüşçü yoldaşlarında da ruh yüksəkliyi yaradıb. Nəticədə onlar qalib dövlətin qalib hərbiçiləri kimi bu gün suveren ölkənin silahlı qüvvələrində xidmət edirlər.
Şahin Mirzəyev qazi:Bu günkü gündə qalibik. Fəxr edirəm ki, Azərbaycan ordusunda xidmət edirəm. Övladım da xidmət edir. İlqarla da fəxr edirəm ki, bizim belə yoldaşımız var. Qəhrəmandı, çox gözəl iştirak etdi. Çox yaxşı sədaları gəldi, düşmənin neçə dənə texnikalarını məhv edib. Yaralı gəlirdi sarıyırdın deyirdin ki, aşağı təxliyyə edək deyirdi yox mənim yerim qabaqdı
Çavuş İqar Nəcəfovun indi tək arzusu var. Müalicəsi başa çatdıqdan sonra şəhidlər xiyabanın ziyarət etmək və canından artıq sevdiyi, uğrunda vuruşduğu Qarabağımızda qalib dövlətin, qalib hərbiçisi kimi yenidən xidmətini davam etdirməkdir.
Elnur Vahidoğlu
- Baxış: 252