• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 24.12.2020 12:30

Təbrik zəngi

KepezTV Player

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edərək doğum günü münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.