Hər bir Azərbaycan vətəndaşının prezidentinin bu gün 59 yaşı tamam olur. Amma qeyd edilən bu günkü tarix də, günün təbrikləri də bir başqadır bu il, fərqlidir əvvəlkilərdən. Qalib ölkənin, zəfər qazanan ordunun müzəffər ali baş komandanı ömrünün 59-nu tarixiləşən bir ildə qarşılayır. Həm özü, həm bütün Azərbaycan və azərbaycanlılar üçün tarix yazılan bir ildə.
Əsl siyasət konkret, real iş görməkdən ibarətdir. Günümüzün Azərbaycan reallıqları bunu bizə əyani şəkildə isbatlayır. Yanaşma müxtəlif istiqamətlərdən ola bilər, çünki bütün sahələrdə görülən real işin nəticələrini nəinki görürük, hətta yaşayırıq. Azərbaycan xalqının, dövlətçiliyinin tarixində əbədiləşən İlham Əliyev şəxsiyyəti sayəsində. Təbii, ölkəyə rəhbərliyinin 17 ilinin 2020 təqvimi isə bir başqadır, dövlət başçısının həyat tarixçəsində. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanan lider həm də müzəffərdir bu il. Bir il öncə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsini sözdən reallığa çevirdiyi üçün daha qürurludur, daha məğrurdur. 30 ildir de-yuri bizim olanı de-fakto özümüzə qaytardığı üçün. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən ulu öndər Heydər Əliyevin ata vəziyyətini reallaşdırdığı üçün. Uzun illərin toplanan gücü, iqtisadi qüdrəti, qazanılan siyasi dəstəyi, ən əsası da güclü, rəşadətli ordusu hesabına bizim oldu Qarabağ. Bu bir daha onu göstərir ki, İlham Əliyevin prezidentliyi dövrününkonseptual hədəfi - güclü Azərbaycan dövlətini formalaşdırılmaq, müasir iqtisadi sistem yaratmaq, “Həyata keçirilən siyasətin mərkəzində dayanan insan amili” formulunu reallaşdırmaq, Azərbaycanı beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevirmək, milli birlik və həmrəyliyə nail olmaqla Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması olub. Hansı ki, Vətən müharibəsinin hərbi-siyasi qələbə ilə yekunlaşması bunu əyani şəkildə nümayiş etdirdi. O sübut etdi ki: "Bizim sözümüz imzamız qədər keçərlidir".Hakimiyyət-xalq birliyindən doğan “güclü dövlət” konsepsiyasıxalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderin verdiyi bütün vədlərin gerçəkləşməsinə gətirib çıxartdı. Ən əsası da Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazdı. Və heç də təsadüf sayılmamalıdır bu gün hər bir Azərbaycan vətəndaşının öz Prezidenti ilə fəxr etməsi, qürur duyması.
- Baxış: 442