• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1543
— 24.12.2020 11:37

Azərbaycan oyunu konsollara çıxır

Tarixdə ilk dəfə - Azərbaycanda yaradılan bir kompüter oyunu oyun konsollarına çıxır! 25 dekabr 2020-ci il tarixində AzDimension studiyası tərəfindən yaradılan "The Last DeadEnd" ("Sonuncu dalan") kompüter oyunu eyni zamanda bütün müasir oyun konsollarında buraxılır. Oyun Playstation 4, Playstation 5, Xbox One, Xbox Series S / X və Nintendo Switch-də, yəni həm mövcud, həm də əvvəlki nəsillərdə konsollarda çıxacaq! Oyunun əsas hissəsi Bakı şəhərində, İçərişəhərdə keçir. Xatırladaq ki, 2018-ci ildə bu oyun qlobal STEAM oyun meydançasındakı kompüterlər üçün buraxılmış və əsasən müsbət rəylər almışdır. Rəsmi satışla yanaşı, Çin və Rusiya da daxil olmaqla bir çox ölkədə minlərlə qanunsuz pirat nüsxə buraxıldı.