• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 22.12.2020 10:50

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşəbbüs qrupu

KepezTV Player

Respublikanın 44 regionunda fəaliyyət göstərən və ətrafına  1600-dən çox könüllünü toplayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşəbbüs qrupu 2019 il iyulun 11-də yaranıb. Yarandığı gündən bəri də ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatının aktiv iştirakçılarına çevriliblər. Könüllülər beynəlxalq
tədbirlərin təşkili prosesində fəal iştirak etməklə əsas hərəkətverici qüvvə rolunu oynamağa başlayıblar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Qərarına əsasən ölkədə bir neçə könüllülük hərəkatının üzvlərinə fəaliyyətləri çərçivəsində sərbəst hərəkət hüququ verilib. Həmin siyahıda yer alan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının üzvləri hər zaman olduğu kimi, xüsusi karantin rejimi dövründə də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafına mühüm töhfə vermək üçün ciddi səylə çalışır.

Aqrar İnkişaf Könüllüləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasına da başlayıb. Aksiya Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Könüllülər hər rayonun öz şəhidlərin sayı qədər ağac əkməyi planlaşdırırlar. Simvolik olaraq 2783 xatirə ağacının əkiləcəyi kampaniyanın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.