• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 23.12.2020 16:02

Səfərbərlik üzrə hərbi xidmətə çağırılanlar tərxis ediləcək

KepezTV Player

Müdafiə Nazirliyi səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis ediləcəyini açıqlayıb. Nazirliyin “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir ki, “Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu tərəfimizdən anlayışla qəbul olunur. Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir” - deyə paylaşımda qeyd edilir.