• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 21.12.2020 18:42

Astronomlar Günəş sistemindən kənarda yerləşən ekzoplanetdən radiosiqnal əldə ediblər

     Uzun illər ərzində alimlər yadplanetli sivilizasiyanın mövcudluğunu aşkar etmək üçün kosmosun yaxın və uzaq məkanlarını müşahidə edirlər. Bir neçə müddət bundan öncə isə tədqiqatçılar Qaynar Yupiter (WASP-12b planeti) kimi tanınan ekzoplanetdən radiosiqnal əldə ediblər. Tədqiqatçılar bildiriblər ki, radiosiqnalın əldə olunması həmin planetdə şüurlu həyat formasının mövcudluğu demək deyil. Belə ki, radiosiqnalın mənbəyi maqnit sahəsi ola bilər.

    Qeyd etmək lazımdır ki, söhbət, Yer kürəsinn atmosferini saxlayan maqnit sahəsindən gedir. Bunun sayəsində Günəş küləyi planetimizdəki suyu buxarlandıra bilmir. Radiosiqnalı aşkar etmiş astronomlar bu məsələdə yekun bir cavab verməyə hələ tələsmirlər. Onlar bu hadisənin dəqiq analizinin vacibliyini qeyd ediblər. Bununla yanaşı alimlər qeyd ediblər ki, ekzoplanetdən gəlmiş siqnal onun həyat şəraitinin qorunub saxlanması mənasını verir. Belə ki, Venera Mars kimi planetlər də öz maqnit sahələrini itirdikləri üçün onların səthində olmuş su ehtiyatının böyük hissəsi buxarlanıb.