• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2382
— 16.12.2020 10:56

Qarabağ ədəbiyyatı

KepezTV Player

Dünya xəritəsində bəlkə də bir nöqtə qədər kiçik görünə bilən Qarabağ elə bu dünyanın özünə sığa bilməyəcək dərəcədə unikal və ölçüyəgəlməzdir. Bu qədim diyarın çoxəsrlik maddi və mədəni abidələri, zəngin söz saxlancı olan ədəbiyyatı, qeyri-adi təbii gözəllikləri onu həmişə diqqət mərkəzində saxlayıb. Həmvətənlərimiz bu sehrkar, cənnət diyarın gözəlliyindən zövq alıb qürur duymuşlarsa, mənfur, xəyanətkar qonşularımız həmişə ona hərisliklə, qəsbkarlıqla yanaşıb, zaman-zaman öz caynaqlarına keçirməyə çalışıblar. Tarix boyu davam edən bütün bu ağrı acıların fonunda Qarabağ ədəbi mühiti formalaşıb. Azərbaycan ədəbiyyatında onlarla Qarabağ haqqında romanlar, hekayələr, şeirlər vardır ki, onların da bir çoxu masaüstü kitabımıza cevrilib.  Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Səid Ordubadinin, Mirzə Ələkbər Sabirin və. sairə bir çox ziyalılarımız yaradıcılığında  Qarabağ mövzusu  əsas yeri  tutub.  Cağdaş ədəbiyyatımızın qələm adamlarının da  biganə qala bilmədiyi  Qarabağ mövzusu zamanla  müasir ədəbiyyatda da özünə yer acdı .

İstər poeziya, istərsə də nəsrdə yazılan əsərlər arasında sanballı sayılacaq nümunələr kifayət qədərdir. Bu ədəbi nümünələr  ölkəmizdə eyni zamanda ölkəmizdən kənarda oxucular tərəfindən maraqla qarşılanır. Cəlbedici ancaq bir o qədər də cətin sayılan qarabağ mövzusunu içdən keçirmək, həzm etmək çətindir. Xalqımız zaman zaman üzləşdiyi ağrı, acısını haqsızlıqları sözə-sənətə cevirərək nadir sənət incilərini yatmağı bacarıb.

Lakin biz inanırıq ki, şanlı qələbəmizdən sonra Qarabağ mövzusu ədəbiyyatda   mərdlik, qələbə, bütövlük kimi daha doğru bədii  ifadəsini tapacaq.