• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 11.12.2020 10:37

Heydər Əliyev dühası

KepezTV Player

Bu gün Azərbaycan xalqının unudulmaz Ümummilli Lideri ,Ulu Öndər Heydər Əliyevin anım günüdür.Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-daNaxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Amma təəssüf ki, başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.Heydər Əliyev 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. Buna qədər isə müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərir.  Dövlət  təhlükəsizliyi orqanlarında iyirmi beş il  çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilir. Hər zaman xalqının yanında olanUlu öndər1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə də səssiz qalmır, Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən dahi şəxsiyyət SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir və SSRİ-nin rəhbərlərindən biri olur..1990-cı ilin iyulunda Azərbaycana qayıdan  Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayır, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilir.Və nəhayət böyük fəaliyyətlərindən sonra  1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı,beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı..Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi. Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.Daha sonra Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə  yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib .Növbəti dəfə də 2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edərək və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürür. Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat etmiş Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.Dahi Liderimiz Azərbaycan var olduqca daima qəlblərdə yaşayacaq!!! Allah rəhmət eləsin!