• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1852
— 10.12.2020 10:26

10 dekabr – İnsan hüquqları günüdür!

KepezTV Player

Məlum olduğu kimi hər il 10 Dekabr “İnsan hüquqları günü” kimi qeyd olunur. Hər bir şəxsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyət və  vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Bəşər sivilizasiyasının keçdiyi tarixi inkişaf mərhələlərinin son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. Bu hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir.Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır.Belə ki hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irsi, cinsi, milli, azadlıq,fikir və söz azadlığı və bu kimi azadlıqlar insan hüquqlarına aiddir. İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir.Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir.Bu sahədə hüquqi islahatlar da həyata keçirilməyə başlayıb və  hazırda da həmin islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Həmişə qeyd olunduğu kimi:

Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir. Əziz insanlar, hüquqlarınızı bilin və daima qoruyun.