• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 21.12.2020 12:04

Koronavirus xəstəsi karantin postunda saxlanıldı

KepezTV Player

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-21015” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun aktiv koronavirus xəstəsi kimi portalda qeydiyyatda olduğunu müəyyən ediblər. Sürücü- Oğuz rayon sakini Biruni Hacıyev COVID-19 virusunun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edib. Həmin şəxs polislər tərəfindən tibbi prosedurlar da gözlənilməklə Oğuz rayonu Mollalı kəndində yaşadığı ünvana göndərilib. Hacıyev barəsində Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.