• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 874
— 19.12.2020 16:32

Tokio olimpiadasının xərcləri artdı

KepezTV Player

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının xərcləri təqribən 15,4 milyard ABŞ dolları təşkil edəcək.Bunun böyük hissəsini olimpiadanın təşkilat komitəsi qarşılayacaq.Qalan məbləği Tokio şəhərinin rəhbərliyi və Yaponiya hökuməti ödəyəcəklər.Oyunların koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınması üçün tələb olunan xərclərin həcmi təqribən 2,8 milyard ABŞ dolları təşkil edib. Bundan əlavə, infeksiyaların qarşısını almaq məqsədilə tədbirlərin icrası üçün 929 milyon ABŞ dolları ayrılacaq.Tokio-2020 Yay Olimpiya Oyunları gələn il 23 iyul - 8 avqust tarixləri aralığında keçiriləcək.