• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2049
— 19.12.2020 16:27

“YAŞAT" ehtiyacları qarşılamağa başladı

KepezTV Player

"YAŞAT" Fondu ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa başlayıb.Şəhid Fuad Haşımovun atası Haşımov Ceyhun Kamil oğlu və şəhid Şeydayev Rəfaelin anası Şeydayeva Cəmilə Saday qızının müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanacaq. Fond tərəfindən yalnız fərdi qaydada deyil, irihəcimli yardımlar da gerçəkləşir. Reabilitasiya Mərkəzində müalicələri davam etdirilən və RGO ortopedik cihazına ehtiyacı olan 6 qazi üçün bu cihazlar xaricdən sifariş edilib. Fondun əməkdaşlarından ibarət 69 qrup bütün zəruri ehtiyacları qeydə alır. Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının müəyyənləşdirilməsi və qarşılanması prosesi davam edir.